Yaponiyada baş verən daşqınlar ciddi fəsadlara səbəb olub
Yaponiyada Honsyu adasının qərbində yerləşən İşikava prefekturasında güclü yağışlar səbəbindən baş verən daşqın nəticəsində təxminən 30 000 nəfər təxliyə edilir. Təbii fəlakət səbəbindən mümkün beş səviyyədən dördüncü təhlükə səviyyəsi elan edilib.
Mozalan.az bu barədə kp.ru-ya istinadən xəbər verir.
Su yaşayış məntəqələrinin küçələrini basır, insanlar yanğınsöndürmə xidmətinə və polisə kömək üçün müraciət edirlər. Həmçinin bir nəfərin itkin düşdüyü bildirilir.
Mütəxəssislər regiona yağan yağışları son bir neçə onillikdə ən güclü yağışlar kimi qiymətləndirirlər.