Sep 20

İsrail Livanda diversiyaya 15 il hazırlaşıb: Bu necə baş verib?

"İsrailin Livan "Hizbullah" hərəkatına qarşı genişmiqyaslı diversiya əməliyyatında əli var".

Mozalan.az-ın məlumatına görə, bu barədə "ABC News" telekanalı ABŞ kəşfiyyat mənbələrinə istinadən xəbər verib.

Bildirilib ki, İsrail xüsusi xidmət orqanları "Hizbullah" üzvlərinin istifadə etdiyi peycerlərə partlayıcı maddələrin yerləşdirilməsinə 15 il ərzində hazırlaşıb. Bu planın həyata keçirilməsi üçün bir neçə ölkədə saxta şirkətlər yaradılıb və çoxsaylı İsrail kəşfiyyat agenti cəlb edilib.

Əsas rolu guya qanuni olan, peycerlərin istehsalı ilə məşğul olan şirkətlər oynayıb. Ancaq bəzi əməkdaşlar, hətta kimin üçün işlədiklərini bilməyiblər.

Belə şirkətlərdən biri Macarıstanda real istehsal gücü olmayan ticarət vasitəçisi kimi çıxış edən "BAC Consulting" olub. Məhz onun vasitəsilə Tayvan "Gold Apollo" brendinin məhsulu kimi təqdim edilən partlayıcı maddəli peycerlər göndərilib.

Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri də daxil olmaqla 2.8 minə yaxın insan yaralanıb. Bir gün sonra, sentyabrın 18-də simsiz rabitə cihazlarının ikinci dalğa . Bu dəfə ölənlərin sayı artdı, həmçinin daha 460 nəfərin yaralandığı açıqlanıb. Təkrar kiberhücum zamanı "Icom IC-V82" portativ ratsiyalar, smartfonlar və digər litium-ion batareyalı, həmçinin günəş panelli cihazlar partlayıb. "Reuters" agentliyinin məlumatına görə, ratsiyalar "Hizbullah" hərəkatı tərəfindən təxminən beş ay əvvəl, partlayan peycerlərlə, demək olar ki, eyni vaxtda alınıb.

"Hizbullah" lideri Həsən Nəsrullah İsraili müharibə elan etməkdə ittiham edib. Cavab olaraq İsrail müdafiə naziri Yoav Qallant qoşunların Livan sərhədinə köçürüldüyünü bildirib. Livan yeni silahlı münaqişə astanasında dayanıb.

Bənzər xəbərlər

Gündəm

0.037222862243652