Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İran-Ermənistan sərhədində dislokasiya olunan Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhədyanı İdarəsinin 127-ci dəstəsini ziyarət edib.
Mozalan.az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir.
Məlumata görə, səfiri dəstənin rəisi A.Şerbakov qarşılayıb. O, gələn il fəaliyyət göstərməsinin 70-ci illiyi qeyd olunacaq dəstənin tarixi və gördükləri işlə bağlı səfiri tanış edib.