VK Video məzmun müəlliflərinə pul verəcək
VK Video bloqerlər və məzmun müəllifləri üçün yeni monetizasiya proqramını işə salır.
Mozalan.az knife.media-ya istinadən xəbər verir ki, onlara videolarındakı reklamlardan platformanın gəlirinin 50-80%-i ödəniləcək.
Məlumata görə, sentyabrın 23-dən etibarən məhdud müəlliflər qrupunda yeni monetizasiya formatının sınaqdan keçirilməsinə başlanılacaq, istək və rəylər nəzərə alınmaqla proqram hər kəs üçün əlçatan olacaq.
"VKontakte" icmasında 5 mindən çox abunəçisi olan müəlliflər VK Video pul qazanma proqramına qoşula biləcəklər. Videolar iki dəqiqədən çox olmalı və müəllif hüquqlarını pozmamalıdır.
Sentyabrda proqrama 70 minə yaxın müəllif qoşulacaq. Bunlar yeni məzmun yaradıcıları, həmçinin köhnə proqramın iştirakçılarıdır ki, onlar üçün yeni şərtlər avtomatik olaraq tətbiq olunmağa başlayacaq.