Sep 18

Livanda partlayan peycerlər əvvəlcədən minalanıb?

Livanda partlayan peycerlər öncədən minalanıb.

Mozalan.az xəbər verir ki, bu iddia ilə "Əl-Cəzirə" telekanalı çıxış edib.

İddialara görə, hər bir qurğudakı partlayıcının çəkisi 20 qramı keçməyib. Peycerlər beş ay əvvəl idxal edilib.

Səlahiyyətlilər hazırda partlayıcıların necə aktivləşdiyinə dair nəzəriyyələri araşdırırlar.

Bildirilir ki, İsrail kəşfiyyat agentliyi Mossad partlayıcı pentaeritritol tetranitratı peycer batareyalarına yerləşdirmiş ola bilər. İsrail təhlükəsizlik qüvvələri məsafədən batareyaların temperaturunu yüksəldə və bu, partlayışlara səbəb ola bilər.

Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Mozalan.az xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı respublikanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyada istinadən məlumat yayıb.

Onun sözlərinə görə, daha dörd min nəfər xəsarət alıb.

"ABŞ Livanda rabitə qurğusunun partladılması insidentlərində iştirak etməyib və onların baş verəcəyi barədə əvvəlcədən məlumatı olmayıb".

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

Onun sözlərinə görə, Vaşinqton baş verənlərlə bağlı məlumat toplayır. Diplomat əlavə şərhlərdən imtina edib.

Livanda peycerlərin partlaması nəticəsində azı 8 nəfər həlak olub.

Mozalan.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, insident nəticəsində 2800-ə yaxın insan yaralanıb.

İsrail hərbçiləri Livanın "Hizbullah" hərəkatının üzvlərinin istifadə etdiyi portativ radioları haker hücumu ilə "sındırmağa" və onları partlatmağa nail olublar. Nəticədə mindən çox şəxs yaralanıb. Yaralananların arasında İranın Livandakı səfiri Müctəba Əmani də var.

Mozalan.az-ın "Al Jazeera" telekanalına istinadla məlumatına görə, bu barədə Livan təhlükəsizlik xidmətindəki mənbə xəbər verib.

Bildirilib ki, "Hizbullah"ın qərargah ofislərinin yerləşdiyi Beyrutun cənub ətrafında portativ radioların partlaması nəticəsində onlarla yaralı xəstəxanalara çatdırılıb.

Bu arada, İsraildə ehtiyatında olan hərbçilərə mesaj daxil olub. Orada deyilir ki, bütün hərbi personal hərbi kontingentin sonrakı yerləşdirilməsi üçün dərhal bazalara hesabat verməlidir.

Bənzər xəbərlər

Gündəm

1.1536629199982