BBC-nin keçmiş aparıcısı uşaq pornosuna görə həbs cəzası aldı
"BBC Xəbər"in keçmiş aparıcısı Hyu Edvards uşaq pornoqrafiyası saxladığına görə altı aylıq şərti həbs cəzasına məhkum edilib.
Mozalan.az TASS-a istinadən xəbər verir ki, bu qərarı Londonda Vestminster Məhkəməsinin hakimi qəbul edib.
Edvards 2020-ci ilin dekabrından 2021-ci ilin avqustuna qədər ona 41 porno şəkil göndərən pedofil Aleks Uilyamsa 1 500 funt sterlinq (2 000 dollar) ödəyib. Bu fotolardakı uşaqlardan birinin yaşı yeddi ilə doqquz arasında olub. Uilyamsın özünə 12 aylıq şərti həbs cəzası verilib.
Bundan əlavə, 63 yaşlı keçmiş aparıcı 25 tibbi reabilitasiya seansından keçməli, onun bu hərəkətlərindən zərər çəkənlərə 3.1 min funt sterlinq (4.1 min dollar) ödəməli və 7 il ərzində adı seksual cinayətkarların qeydiyyat siyahısında qalmalıdır.
Beş uşaq atası Edvards BBC-nin saat 10:00 xəbər bülletenlərində aparıcılıq edib, həmçinin II Elizabetin dəfn və III Çarlzın tacqoyma mərasimini işıqlandırıb.