Rumıniyada zəlzələ baş verdi
Rumıniyada 5.5 bal gücündə zəlzələ qeydə alınıb.
Mozalan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 11.3 min nəfərin yaşadığı Nehoyu şəhərindən 17 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 137 kilometr dərinlikdə olub.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.