Türkiyədə 240 göldən 186-sı quruyub
Türkiyə Təbiəti Qoruma Dərnəyinin (TTKD) elmi müşaviri Erol Kesici ölkədəki 240 göldən 186-nın son 60 ildə tamamilə quruduğunu, qalanlarının isə quraqlıq və həddindən artıq çirklənmə təhlükəsi ilə üzləşdiyini açıqlayıb.
Mozalan.az Haber Global-a istinadən xəbər verir ki, alim Türkiyədə göllərin problemlərinə diqqət çəkmək məqsədilə sentyabrın 17-də İstanbulda xüsusi toplantı keçiriləcəyini bildirib.
"Problemlər kifayət qədər ciddidir. Su səviyyəsi, səth sahələri, çirklənmə, oksigen çatışmazlığı... Təəssüflər olsun ki, milyonlarla il əvvəl yaranmış təbii göllərimizin bir çoxu son 60 ildə, xüsusilə də son illərdə əsas problemlərin həllinin təxirə salınması səbəbindən həddindən artıq quruyub. Bu baxımdan ölkəmizdəki 240-a yaxın irili-xırdalı gölün demək olar ki, 186-sı quruyub, qalanları isə göl statusunu tamamilə itirib", - Kesici qeyd edib.