Aug 26

Bankın fırıldağına görə iri istehsal şirkəti bağlandı, 350 adam işsiz qaldı-VİDEO

Iş yerlərinin açılması Azərbaycan hokumətinin prioritet məsələlərindən biridir.
Və buna nə qədər önəm verilməsini prezident dəfələrlə açıqlayıb.
Azerinfo.tv-yə daxil olan məlumatda deyilıir ki, bu gün "Qaramanlı" şirkəti istehsalatı dayandırıb. Nəticədə 350 nəfər işsizlər ordusuna qoşulub.
Buna səbəb nədir?
Şirkətin rəhbərio Əhmədov Rəhman Qasım oğlu bildirib ki, 2006- cı ildən etibarən Accsess Bankın müştərisi olub:

“Bakı şəhərində beşdən artıq mağazası olan şirkəti daha da genişləndirmək, Azərbaycanda da sexlərin yaradılması məqsədi ilə dəfələrlə girov müqabilində bankın xidmətlərindən istifadə etmişəm. Hər dəfəsində də müqavilə vaxtından öncə krediti bağladığım üçün nümunəvi müştərilər siyahısında olmuşam. Bu əməkdaşlıq 2014-cü ilə kimi davam edib. Son dəfə 2014-cü ilin doqquzuncu ayında Accsess bankda olan bütün kreditlərimi bitirmişəm. Lakin ödənişlərimizin çox olduğundan mühasibim yalnışlıqla Accsess banka ödəniş etməkdə davam etmişdir. Bütün artıq ödənişlər kredit hesabı bağlandığı üçün şəxsi hesabıma ödənilmişdir. (Buna baxmayaraq mən öz şəxsi hesabımda olan məbləği çıxara bilmirəm.) Bunu görən bank yetkililəri mənim razılığım və xəbərim olmadan adıma yeni kredit razılaşmaları rəsmiləşdirmişdilər.Bank əməliyyatçılarının dəfələrlə müdaxiləsinə baxmayaraq hesabdan pulu çıxarmaq onlara müəssər olmamışdır. Artıq ödəmə haqqında isə mənə bank tərəfindən heç bir xəbərdarlıq edilməmişdir.Burada iki versiya meydana çıxır:

1) Bank o zamankı böhrandan yararlanmaq məqsədiylə bizim adımıza əlavə kreditlər açıb.

2) Bizim ödədiyimiz əlavə məbləği mənimsəmək məqsədi ilə belə çirkin qanunsuzluğa əl atılıb ki, bunu da araşdırmaq bank rəsmilərinin və hüquq-mühavizə orqanlarının vəzifəsidir.



2018-ci ildə Accsess bank mənə əsasız şəkildə bankdan borc götürərək ödmədiyim bəhanəsi ilə Qubadlı Rayon Məhkəməsində iddia qaldırmışdır. Birinci iclasda iştirak edərək banka olan borcu ödədiyimi qəbzlərlə göstərmişik. Bankdan sənədləri tələb etmişik . Birinci iclas icraata dayandırılıb. İkinci iclas bizə xəbərdarlıq edilmədiyindən iştirakımız olmadan qətnamə çıxarmışdır.

Səndlərdən də görüldüyü kimi mənim heç bir zaman bu cür kontrakt nömrəm olmayıb. Məhkəmə prosesinin gedişi zamanı məlum olmuşdur ki, bu dələduzluq əməli mənim Accsess Bankla əməkdaşlıq etdiyim müddət ərzində də baş vermişdir. Buna bariz sübut olaraq əvvəlki sənədlərin(2006-2013-cü illər) mənə təqdim edilməkdən boyun qaçırılmasıdır. Sənədlər tələb edidiyində Onların məhv edildiyi bildirilir. Halbu ki, bu qanunsuzluqdur,sənədlərin 2023-cü ilə kimi qorunma müddəti vardır.

Bank rəsmiləri göstərilən sənədlərin üstünə gəlinərkən mövzunu tamamilə başqa səmtə çəkərək məsələdən yayınır. Bu sənədlər bankdaxili maxinasiyanın bariz sübutudur.

Əlimdə olan ödəmə qəbzləri və bank məmurlarının bəzi sənədləri təqdim etməkdən yayınmalarından məlumdur ki, mən bankdan deyilən məbləği götürməmişəm. Mən ölkəmin qanunlarına, hüquq təminatçılarına güvənirəm. Bilirəm ki, gec , ya tez məhkəmə qanuni qərar verəcək. Lakin Accsess Bankın məhkəməyə lazımi sənədləri təqdim etməməsi prosesin uzanmasına gətirib çıxarır. Mənim bu müddət ərzində itirdiklərim, suya düşən planlarımı yenidən qurmaq vaxt alacaq ki, bu da Azərbaycan iqtisadiyyatına vurulan zərbədir.”

Rəhman Əhmədov deyir ki, ölkə prezidenti məsələni nəzarətə götürməyincə istehsal bərpa olunmayacaq.
Məsələni gündəmdə saxlayacağıq.

Bənzər xəbərlər

Gündəm

0.020274877548218