İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi
Bu gün İraqa rəsmi səfər edən İran Prezidenti Məsud Pezeşkian "Rudaw" TV-nin müxbirinin farsca sualına kürd dilində cavab verib.
Bu barədə "Azad İran" "Tegeram" kanalı məlumat yayıb.
"Kürdüstan bölgəsi ilə münasibətlərimiz yaxşıdır, onu daha da genişləndirəcəyik", - deyə Pezeşkian bildirib.
Qeyd edək ki, İraqa səfər yeni İran prezidentinin ilk rəsmi xarici səfəridir.