Sep 11

Özünü 17-ci mərtəbədən atan yeniyetmə autizm xəstəsi imiş

Dünən axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində baş verən ölüm hadisəsinin detalları məlum olub.

Musavat.com-un məlumatına görə, S.Rəhman küçəsi 11 ünvanındakı mənzilin 17-ci mərtəbəsindən yerə yıxılaraq vəfat edən 2010-cu il təvəllüdlü S.Baxşəliyev autizmdən əziyyət çəkirmiş.

Əmisinin verdiyi məlumata görə, yeniyetmə daim nəzarət altında saxlanılırmış. Hadisə baş verən gün isə o, evdə tək olub.

"Həmin gün nənəsi evdə olub. Nənəsi qonşuya keçib, uşaq evdə 20 dəqiqə tək qalıb. Faciəli hadisə də həmin vaxt baş verib. Bu, intihar hadisəsi deyil. 14 yaşı var idi, amma əqli geri qalmışdı, uşaq kimi idi. O, nə etdiyini heç özü də bilməyib. Şüursuz şəkildə özünü atıb", - deyə Baxşəliyevin əmisi bildirib.

Qeyd edək ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Dünən axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində intihar hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, 2010-cu il təvəllüdlü S.Baxşəliyev yaşadığı S.Rəhman küçəsi 11 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən özünü atıb.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.091545820236206