Putin və Ərdoğan Kazanda görüşə bilər
"Rusiya Prezidenti Vladimir Putin bütün hazırlıq tədbirləri başa çatdıqdan sonra Türkiyəyə səfər etməyi planlaşdırıb".
Mozalan.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı məlumat verib.
"Səfər həm Moskvada, həm də Ankarada gözlənilir," - deyə o dəqiqləşdirib.
"Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kazanda (RF, Tatarıstan) BRICS sammitində görüşləri planlaşdırılıb, lakin Kreml xarici səfərlərin hazırlığının bütün detallarını açıqlamayacaq", - deyə Peskov əlavə edib.
Qeyd edək ki, sentyabrın əvvəlində Türkiyə Prezidenti Rəcəb Ərdoğan Rusiyanın 22-24 oktyabr 2024-cü il tarixlərində Kazanda keçiriləcək BRICS sammitində iştirak dəvətini qəbul edib.