Qadın çantasını oğurlayan kişidən amansız qisas aldı
İtaliyanın Toskana vilayətinin sakini çantasını oğurlayan oğrundan qisasını yolsuzluq avtomobili ilə onun üzərindən bir neçə dəfə keçərək alıb.
Mozalan.az xəbər verir ki, bu barədə yerli "Nazione" qəzeti yazıb.
Qadın qəsdən adam öldürmə ittihamı ilə məhkəmə polisi tərəfindən həbs edilib.
Nəşrin məlumatına görə, əlcəzairdən olan, parkinq xidmətçisi işləyən evsiz miqrant 65 yaşlı qadının çantasını oğurlayıb. Daha sonra qadın cinayətkarı yerə yıxaraq qisas almaq qərarına gəlib və yolsuzluq avtomobili ilə onun üzərindən bir neçə dəfə keçib.
Bundan sonra o, sakitcə maşından düşüb, oğurlanan çantanı götürüb və oradan uzaqlaşıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.
Yerli polis hadisənin bütün hallarını aydınlaşdırmaqda davam edir və kamera görüntülərini nəzərdən keçirir.