Sep 09

Perinatal Mərkəzdəki yanğınla bağlı istintaq bitdi

"Respublika Perinatal Mərkəzində 6 körpənin ölümünə səbəb olan yanğın hadisəsi ilə bağlı ibtidai istintaq başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək.

Yanğına görə prokurorluq tərəfindən mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb ediliblər.

İlkin olaraq Hamlet Mustafayev və Elnur Əhmədliyə Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin məcəllənin 314.3-cü maddəsi ilə ittiham verilmişdi. İlkin istintaq 8 ay davam edib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında baş verib. Yanğında 6 körpə həyatını itirib. Hadisə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Fotoda Mehriban Abasquliyeva

Bənzər xəbərlər

Gündəm

2.0896048545837