Sep 04

ABŞ-də 10 yaşlı uşaq iki nəfəri öldürdüyünü etiraf edib

ABŞ-də 10 yaşlı uşaq Minden şəhərinin (Luiziana ştatı) keçmiş merini və onun qızını qətlə yetirdiyini etiraf edib.

Mozalan.az xəbər verir ki, bu barədə "NBC" telekanalı yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, 82 yaşlı Co Kornelius və onun 31 yaşlı qızının üzərində çox saylı güllə yaraları olan meyitləri kişinin evində tapılıb. Cinayət zamanı eyni evdə olan altı yaşlı uşaq xəsarət almayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə iki tapançadan istifadə edildiyini müəyyən ediblər.

Qeyd olunub ki, ikiqat qətli etiraf edən oğlan keçmiş merin qohumudur. Cinayətin motivləri barədə hələlik məlumat verilməyib.

Bənzər xəbərlər

Gündəm

0.043987035751343