Sep 01

Durova qarşı yeni ittiham irəli sürülüb

"Telegram" mesencerinin yaradıcısı Pavel Durovun üç övladının anası olduğu iddia edilən İrina Bolqar iş adamının ailə xərcləri üçün istifadə etdiyi kartları blokladığını bildirib.

Mozalan.az xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində yazıb.

"Durov uzun illər ailə xərcləri üçün istifadə etdiyim bütün kartları bloklayıb" , - deyə qadın qeyd edib.

Bolqar vurğulayıb ki, Durov əvvəllər birbaşa bank hesablarından maliyyələşdirdiyi uşaq xərcləri üçün olan hesabları da ödəməyi dayandırıb. Qadının sözlərinə görə, Durov uşaqların immiqrasiya sənədlərinin yenilənməsi üçün lazım olan razılığı imzalamaqdan imtina edib.

Bolqar belə nəticəyə gəlib ki, bu, onun və uşaqlarının Avropada qalmasının qarşısını almaq üçün edilib.

Bənzər xəbərlər

Gündəm

1.1007578372955