Növbədənkənar parlament seçkisi: Saat 17:00-a olan seçici fəallığı açıqlandı
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
"Bu saata kimi seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib".
Mozalan.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Bu saata hesabat vermiş seçki məntəqələrinin sayı 6 478, hesabat vermiş seçki dairələrinin sayı 125, səs vermiş seçicilərin sayı isə 2 172 087 nəfərdir.
Qeyd edək ki, seçki saat 19:00-da yekunlaşacaq.
Əzizə İsmayılova
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
"Bu saata kimi seçicilərin 29,43 faizi səsvermə hüququndan istifadə edib".
Mozalan.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Bu saata hesabat vermiş seçki məntəqələrinin sayı 6 478, hesabat vermiş seçki dairələrinin sayı 125, səs vermiş seçicilərin sayı isə 1 893 555 nəfərdir.
Qeyd edək ki, bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə parlament seçkisi keçirilir.
Seçki saat 19:00-da yekunlaşacaq.
Əzizə İsmayılova
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
"İndiyədək seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib".
Mozalan.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında
bildirib.
Bu saata hesabat vermiş seçki məntəqələrinin sayı 6 478, hesabat vermiş seçki dairələrinin sayı 125, səs vermiş seçicilərin sayı isə 1309522 nəfərdir.
Qeyd edək ki, bu gün Azərbaycanda ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa ediləndən sonra ilk parlament seçkisi keçirilir.
Parlamentdə mövcud 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Seçki saat 08:00-da başlayıb və saat 19:00-a qədər davam edəcək.
Əzizə İsmayılova
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
Mozalan.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
İndiyədək seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.
125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Seçki saat 08:00-da başlayıb və saat 19:00-a qədər davam edəcək.
Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Əzizə İsmayılova
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.
Mozalan.az xəbər verir ki, 125 deputat mandatı uğrunda 990 namizədin mübarizə apardığı seçkidə saat 08:00-da səsvermə başlayıb və saat 19:00-a qədər davam edəcək.
Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
????????Növbədənkənar parlament seçkisinin Mozalan.az-ın obyektivinə tuş gələn maraqlı məqamları. #parlamentseçkisi2024 #MSK #MilliMəclis
Posted by on Sunday, September 1, 2024
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.
Mozalan.az xəbər verir ki, seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Seçki marafonunda mübarizə aparan namizədlərin faiz nisbəti ilə yaş qruplarına bölgüsü aşağıdakı kimidir:
18-39 yaş - 39,4%
40-59 yaş - 43%
60 yaş və yuxarı - 17,6%.
Gender bölgüsünə əsasən isə namizədlərin faiz nisbəti ilə say bölgüsü belədir:
Qadın - 26,4%
Kişi - 73,6%.
990 namizədin 308 nəfəri 25 siyasi partiyanın nümayəndələridir.
Bununla yanaşı, Milli Məclisə seçkidə ölkə üzrə 6 477 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdən 6 343-ü daimi, 134-ü isə müvəqqətidir. Bu məntəqələrdən 54-ü işğaldan azad edilən ərazilərdədir. Həmçinin, həmin ərazilərdə 42 mindən çox seçici var. Ümumilikdə isə Azərbaycanda hazırda 6 421 073 nəfər seçici var.
Onu da qeyd edək ki, 1 000 məntəqədə veb-kameralar quraşdırılıb və bu, ölkənin bütün coğrafiyasını əhatə edir. Bütün proseslər kameralar vasitəsilə qeydə alınacaq.
Seçkini 112 min 749 yerli, 604 nəfər isə beynəlxalq müşahidəçi izləyəcək.