Sep 01

Əli Əsədov: "Qanunlarımızın qəbul olunmasında parlamentin misilsiz xidmətləri var"

"Xalqımız kimi mən də sevinirəm ki, cənab Prezidentimizin və rəşadətli Azərbaycan Ordusunun səyləri nəticəsində torpaqlarımız işğaldan azad oldu. Torpaqlarımız işğaldan azad olunandan sonra keçirilən ilk növbədənkənar parlament seçkisidir".

Mozalan.az xəbər verir ki, bu fikirləri növbədənkənar parlament seçkisində səsvermə hüququndan istifadə edən Baş nazir Əli Əsədov jurnalistlərə açıqlamasında deyib. O, sözlərinə belə davam edib:

"Azərbaycanın bütün ərazilərində seçki prosesi keçirilir, bunun üçün çox şadıq. Xalqımızın etimad göstərəcəyi 125 deputata uğurlar arzulayıram. Dövlətçiliyimizin idarə olunmasında, qanunvericiliyin formalaşmasında və qanunlarımızın qəbul olunmasında parlamentin misilsiz xidmətləri var".

Məhərrəm Əliyev

Bənzər xəbərlər

Gündəm

0.050467014312744