Sep 01

Ən etibarlı ikinci əl avtomobillər məlum oldu

Yaşı 5 ildən 10 ilə qədər olan işlənmiş avtomobillərin ən etibarlı markalarının siyahısı tərtib edilib. Problemsiz ikinci əl avtomobillərin siyahısında zirvədə "Lexus" və "Toyota" yer alıb.

Mozalan.az xəbər verir ki, bu barədə "Consumer Reports"da məlumat verilib.

Bildirilib ki, hər iki marka bu illər ərzində davamlı olaraq yüksək etibarlılıq reytinqlərinə malikdir. İstehsalçılar zaman-zaman bir sıra təkmilləşdirmələr edirlər, lakin onlar təbiətcə mühafizəkardırlar. Bununla belə, bu avtomobillər həm yeni, həm də köhnə olduqda nadir hallarda xarab olurlar.

Mütləq lider 100 mümkün xaldan 75 xal toplayan premium brend "Lexus" olub. "Toyota" ondan azca geri qalır - 72 xal.

Bundan əlavə, ən etibarlı işlənmiş avtomobillərin ilk beşliyinə "Mazda" (59 xal), "Acura" (57 xal) və "Honda" (55 xal) daxildir.

Reytinqin aşağı pillələrində isə "Chrysler" (27 xal) və "Dodge" (28 xal), həmçinin dəbli elektrik avtomobili "Tesla" (30 xal) qərarlaşıb.

Bənzər xəbərlər

Gündəm

0.017636060714722