İsrail müdafiə naziri: "Ölkə bir neçə cəbhədə müharibə ilə üz-üzədir"
"İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, girovlarla bağlı razılaşma əldə olunmasa, ölkə çoxcəbhəli müharibə təhlükəsi ilə üzləşə bilər".
Mozalan.az xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Qalant bu sözləri hərbi kabinetin iclasında bildirib və müvafiq sənəddə qeyd edib. Hərbi rəhbərliyin fikrincə, sövdələşmənin bağlanması təkcə girovların qaytarılmasına imkan verməyəcək, həm də şiə "Hizbullah" hərəkatı ilə qarşıdurma səbəbindən Livanla sərhəddə gərginliyi azalda bilər.
Eyni zamanda, sənəddə deyilir ki, razılığın əldə edilməməsi vəziyyətin dərhal pisləşməsi, bir neçə cəbhədə müharibə vəziyyətinə düşməsi təhlükəsi yaradacaq.