Aug 28

Rusiyada doqquz il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində doqquz il əvvəl ölkə vətəndaşı Dmitri Şarovu qətlə yetirməkdə təqsirləndirilən Elvin Abbasova hökm oxunub.

"Report" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Həmçinin zərərçəkənin varisi tərəfindən verilən mülki iddia təmin edilib. Belə ki, təqsirləndirilən şəxsdən 10 159 manat alınaraq zərərçəkən tərəfə verilməsi ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, hadisə doqquz il əvvəl - 2015-ci ilin oktyabr ayında sözügedən şəhərdə baş verib.

Məlumata görə, təqsirləndirilən şəxs Moskva vilayətində bazarda işləyib. E.Abbasov işlədiyi yerin yaxınlığında tanışları Elşad Musayev və Aleksandr Şadrinlə spirtli içki qəbul edib. Daha sonra E.Musayev tanışı E.Abbasova Dmitri Şarov adlı şəxslə dalaşdığını bildirib. Elvin Dmitrinin dostu Elşada qarşı olan hərəkətlərindən hiddətlənərək kafenin çıxışında onunla əlbəyaxa olub. Həmin vaxt üzərində olduğu bıçaqla ona xəsarət yetirməsi nəticəsində Dmitri Şarov həyatını itirib.

E.Abbasov ifadəsində bildirib ki, hadisədən sonra Belarusa, oradan təyyarə ilə Gürcüstana gedib, daha sonra isə Azərbaycana qayıdıb. O, axtarışda olduğunu bilməyib, 2023-cü il aprelin 28-də tutulub.

E.Abbasov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bənzər xəbərlər

Gündəm

0.049506902694702