Məşhur türkiyəli aktyorun xərçəngdən vəfat edən oğlu dəfn olunub
Məşhur türkiyəli aktyor Cihat Tamerin xərçəngdən vəfat edən 57 yaşlı oğlu Atilla Tamerin dəfn mərasimi baş tutub.
Mozalan.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəfn mərasimində Türkiyənin film sahəsində tanınan aktyorlar da iştirak ediblər.
Qeyd edək ki, Cihat Tamer "Günəşi gördüm", "Məhəllənin muxtarları", "Vəzir barmağı" kimi filmlərlə məşhurluq qazanıb.