Aug 28

Elçin Əmirbəyov bir sıra Koreya Respublikası rəsmiləri ilə görüşüb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Koreya Respublikasına işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Mozalan.az bildirir ki, bu barədə Azərbaycanın Koreyada Respublikasındakı səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, Elçin Əmirbəyov Koreya Respublikasının xarici işlər naziri Ço Tae-yul, həmçinin Milli Məclisin üzvləri və digər dövlət qurumlarının yüksəksəviyyəli rəsmiləri ilə ikitərəfli münasibətlər, Azərbaycanla Ermənistan arasında sülh prosesi, eləcə də Bakıda keçiriləcək COP29 barədə fikir mübadiləsi aparıb.

Bənzər xəbərlər

Gündəm

0.033104181289673