Dünyanın ən zəngin adamlarından biri sahibi olduğu adada radara düşdü
"Oracle" korporasiyasının rəhbəri və dünyanın ən varlı adamlarından biri Larri Ellison Havay adasında sahibi olduğu ərazidə sürət həddini aşdığı üçün radara düşüb.
Mozalan.az bu barədə "Supercarblondie" portalına istinadən xəbər verib.
Qeyd olunur ki, Larri Ellison adanın böyük bir hissəsinin sahibi olsa da, ümumi istifadədə olan yollar onun ixtiyarında deyil.
Məlumat üçün əlavə edək ki, "Forbes" jurnalının məlumatına görə, "Oracle" korporasiyasının yaradıcılarından biri Larri Ellison 158 milyard dollar sərvətə sahibdir.
Dünyanın ən zəngin adamlarından biri sahibi olduğu adada radara düşdü