Aug 27

Almaniya qeyri-qanuni miqrant axınına qarşı daha kəskin mübarizə aparacaq

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ölkədə silah əldə etmək haqqında qanunun sərtləşdiriləcəyini və qeyri-qanuni miqrant axını əleyhinə daha kəskin mübarizə aparılacağını vəd edib.

Mozalan.az "Bild" nəşrinə istinadən xəbər verir ki, kansler bu barədə Almaniyanın Solingen şəhərinə ziyarəti zamanı danışıb.

"Biz sülh şəraitində birgə yaşayışımızı təhdid edən və təhlükə altına alan ekstremistlərə qarşı mübarizəmizi davam etdirəcəyik. Biz ölkəmizdəki birliyin dağılmasına imkan verməyəcəyik, bütün qətiyyətlə bu birliyi pozmaq istəyən şəxslərə qarşı hərəkətə keçib, onları təqib edəcəyik", - deyə kansler vurğulayıb.

Xatırladaq ki, Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində azı üç nəfər ölüb, daha dörd şəxs yaralanıb. Araşdırma nəticəsində məlum olub ki, hadisəni törədən şəxs 2022-ci ildə qaçqın kimi Almaniyaya gələn 26 yaşlı suriyalıdır.

Bənzər xəbərlər

Gündəm

0.061763048171997