Yerini Harrisə verməyə Baydeni kim məcbur edib?
"ABŞ Prezidenti Co Bayden seçki kampaniyasını dayandırmaq və yerini Demokratlar Partiyasının namizədi Kamala Harrisə vermək istəməyib".
Mozalan.az "The Hill"ə istinadən xəbər verir ki, bu fikri Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç səsləndirib.
Onun sözlərinə görə, siyasətçinin prezidentlik yarışından çıxmasını ABŞ parlamentinin aşağı palatasının keçmiş sədri Nensi Pelosi və Ağ Evin keçmiş rəhbəri Barak Obama istəyiblər.
"O, hələ də Nensi Pelosi ilə danışmır. Düşünürəm ki, o, məsuliyyəti birbaşa Obamanın üzərinə qoyur, düşünür ki, bir növ onu uzaqlaşdırıblar. Əslində, spiker Pelosi və Obama onun istefasında təkanverici qüvvə olublar. O, getmək istəmirdi, - Qinqriç bildirib.
O əlavə edib ki, Baydenin Demokratlar Partiyasının Milli Qurultayındakı çıxışı bu fonda kədərli görünür və ona qarşı münasibət demək olar ki, təhqiramizdir.
Qinqriç vurğulayıb ki, çətin ki ABŞ prezidentinin hadisə ilə bağlı müsbət təəssüratları olsun.