Aug 26

Cənubi Koreya elektrik avtomobillərinin tam şarj edilməsini qadağan edəcək - SƏBƏB

Cənubi Koreya yanğın təhlükəsi səbəbindən elektrik avtomobillərinin tam şarj edilməsini qadağan edəcək.

Mozalan.az xəbər verir ki, bu barədə motor.ru məlumat yayıb.

Səlahiyyətlilər elektrikli nəqliyyat vasitələrinin istifadəsi qaydalarına yenidən baxılmasını istəyirlər: ictimai şarj stansiyalarında təxminən 80% şarj dayanmağa başlayacaq və akkumulyatorun doldurulma səviyyəsi 90%-dən çox olan batareyalı nəqliyyat vasitələri yeraltı dayanacaqlara buraxılmayacaq.

Qeyd olunur ki, məhdudiyyətlər bu yaxınlarda yeraltı dayanacaqda baş vermiş güclü yanğından sonra tətbiq edilir: 880 avtomobilə ziyan dəyib, 140-ı isə yanıb.

Bir ay əvvəl baş verən yanğının səbəbkarı "Mercedes-Benz EQE" olub. Həmin vaxt elektromobil heç bir səbəb olmadan alovlanıb.

Bənzər xəbərlər

Gündəm

0.046010971069336