"Telegram" komandası Pavel Durovun saxlanmasına münasibət bildirdi
"Telegram" Rəqəmsal Xidmətlər Aktı da daxil olmaqla bütün Avropa İttifaqının (Aİ) qanunlarına uyğundur - onun moderasiyası standartlara cavab verir və daim təkmilləşdirilir".
Mozalan.az xəbər verir ki, bunu mesencer komandası platformanın baş direktoru və təsisçisi Pavel Durovun Fransada saxlanılmasını şərh edərkən yazıb.
"Telegram"ın baş direktoru Pavel Durovun gizlədə biləcəyi heç nə yoxdur və o, tez-tez Avropaya səyahət edir. Platformanın və ya onun sahibinin bu platformadan sui-istifadəyə görə məsuliyyət daşıdığını iddia etmək absurddur", - komandanın "Telegram"dakı rəsmi kanalında qeyd olunub.
Onlar, həmçinin qeyd ediblər ki, vəziyyətin tezliklə həllini gözləyirlər.
Qeyd edək ki, avqustun 24-də Durov Parisin "Le Burje" hava limanında həbs edilib. Fransa hakimiyyətinin "Telegram"a və sahibkara qarşı əsas şikayəti mesencerdə şifrələnmiş mesajlardır. "Telegram"ın təsisçisini 20 ilə qədər həbs gözləyir.