Moskvada dəhşətli qətl: Kişi həyat yoldaşını və körpəsini 16-cı mərtəbədən həyətə atıb
Rusiyanın paytaxtı Moskvada "Lefortovo Park" yaşayış kompleksinin sakini körpəsini və həyat yoldaşını 16-cı mərtəbədəki mənzilin pəncərəsindən küçəyə atıb.
Mozalan.az "Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində ana və körpə faciəli şəkildə həyatlarını itiriblər.
Hadisə şahidlərinin sözlərinə görə, qətldən sonra kişi küçəyə müxtəlif əşyalar atmağa davam edib. Xüsüi təyinatlılar mənzilə daxil olub həmin şəxsi tutublar.
Qeyd olunur ki, saxlanılan şəxs Rusiya vətəndaşı Aleksandr Lipatovdur.