Aug 23

Rusiyada İŞİD-çi olduqlarını deyən məhkumlar koloniyanı ələ keçirdilər: Ölənlər və yaralananlar var

Rusiyanın Volqoqrad vilayətində məhbuslar 19 saylı islah koloniyasını ələ keçiriblər.

Bu barədə Mozalan.az Rusiya "Telegram" kanallarına istinadən xəbər verir.

Məlumata görə, koloniyada üsyan baş verib. Bir neçə məhbus Federal Penitensiar Xidmətinin dörd əməkdaşını girov götürüb və birini öldürüb. Həmçinin üç nəfərin də yaralandığı bildirilir.

Koloniyaya xüsusi təyinatlılar cəlb edilib. Hücum edənlər özlərini İŞİD üzvü adlandırırlar.

Zorakılıq aktı intizam komissiyasının iclası zamanı baş verib. Beşə qədər əməkdaş girov götürülüb.

İlkin məlumata görə, hücum edənlərin sayı dörd nəfər olub. Ümumilikdə müəssisədə 1 230 məhbus var.

Volqoqrad koloniyasında əməkdaşları girov radikallar ölkəni tərk etmək üçün pilotlu helikopter, iki milyon dollar və cənub-şərq istiqamətində hava dəhlizi tələb ediblər. Bundan sonra girovları azad edəcəklərinə söz veriblər.

Hazırda İK-19-a gedən yol bağlanıb.

Rusiyada İŞİD-çi olduqlarını deyən məhkumlar koloniyanı ələ keçirdilər: Ölənlər və yaralananlar var

Rusiyada İŞİD-çi olduqlarını deyən məhkumlar koloniyanı ələ keçirdilər: Ölənlər və yaralananlar var

Bənzər xəbərlər

Gündəm

0.060208082199097