Aug 20

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Masallıda yerləşən məşhur istirahət mərkəzi "Viləş Palace Hotel"in bəzi əraziləri dövlətə məxsus imiş.

"Qaynarinfo"ya daxil olan məlumata görə, otelin yerləşdiyi ərazinin əksər hissəsinin "Viləş Palace" MMC rəhbərliyi tərəfindən zəbt olunduğu iddia edilir.

"Viləş Palace" MMC rəhbərliyi bu problemə görə Əmlak Məsələləri Dövlət Xidmətindən otelin yerləşdiyi ərazi üzrə "çıxarış" da ala bilmir.

Artıq "Viləş Palace" MMC tərəfindən ƏMX-nın "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi barəsində məhkəməyə müraciət edilib.

İşə Şirvan İnzibati Məhkəməsində Rəşidə Quliyevanın sədrliyi ilə baxılacaq.

Bənzər xəbərlər

Gündəm

0.10926914215088