Aug 18

Afrikada meymunçiçəyi kabusu: 13 ölkədə minlərlə yoluxma, yüzlərlə ölüm

2024-cü ilin əvvəlindən bəri 13 Afrika ölkəsində təxminən 17.500 meymunçiçəyi xəstəsi qeydə alınıb və ölənlərin sayı 517-yə çatıb.

Mozalan.az xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa Afrika Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) saytında dərc olunmuş bəyanatında məlumat verib.

"2024-cü ilin əvvəlindən bəri Afrika Birliyinə üzv olan 13 ölkədə meymunçiçəyi xəstəliyinə 17 541 yoluxma (2 822 təsdiqlənmiş və 14 719 şübhəli) və 517 ölüm hadisəsi qeydə alınıb. Bu həftə daha üç ölkə mümkün hallar barədə məlumat verib və beləliklə, virusun yayıldığı dövlətlərin sayı 16-ya çatıb" , - bəyanatda bildirilib.

Cənubi Afrika prezidentinin sözlərinə görə, 2024-cü ildə meymunçiçəyi infeksiyalarının sayı keçən illə müqayisədə 160% artıb.

Bənzər xəbərlər

Gündəm

1.0105471611023