Aug 14

Estoniyada həbsxanalardan birini icarəyə verməyi düşünürlər

Estoniyanın ədliyyə naziri Liyza Pakosta penitensiar sistemdə pula qənaət etmək üçün ölkədəki həbsxanalardan birinin satılmasını, konservasiya edilməsini və ya əcnəbi məhbuslara icarəyə verilməsini təklif edib.

Mozalan.az xəbər verir ki, bu barədə "ERR" məlumat yayıb.

"Həbsxanalardan birini satacağıq, onu konservasiya edəcəyik, icarəyə verəcəyik və hətta obrazlı desək, "Airbnb"yə çevirəcəyik", - Pakosta bildirib.

Onun sözlərinə görə, həbsxananın satışı binaların daxili arxitekturasının oxşarlığına görə onu sosial evə və ya hotelə çevirmək öhdəliyi ilə həyata keçirilə bilər.

Nəşrin məlumatına görə, hazırda Estoniyada üç həbsxana var, onlar cəmi 3 334 nəfər üçün nəzərdə tutulub, 2023-cü ilin sonunda isə həbsxanalarda 1 841 məhbus olub.

Bənzər xəbərlər

Gündəm

0.039137125015259