Aug 13

Banqladeşin keçmiş baş nazirinə qarşı ölüm ittihamı ilə cinayət işi açılıb

Dəkkə sakini Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya qarşı iddia qaldırıb.

Mozalan.az xəbər verir ki, bu barədə "Dhaka Tribune" məlumat yayıb.

Cənubi Asiya respublikasının keçmiş hökumət başçısı iyulun 19-da Dəkkənin Məhəmmədpur rayonunda məşğulluq kvotalarına qarşı etirazlar zamanı ərzaq mağazasının sahibi Əbu Səidi öldürməkdə ittiham olunur. Qeyd olunur ki, Səid polisin açdığı atəş nəticəsində dünyasını dəyişib. Dəkkə məhkəməsində Məhəmmədpur sakini Əmir Şatilin adından yerli iş adamının qətli ilə bağlı iddia qaldırılıb.

Şeyx Hasinadan başqa, işdə digər təqsirləndirilənlər keçmiş hakim "Avami liq" partiyasının baş katibi Obaydul Kvader, keçmiş daxili işlər naziri Əsəduzzaman Xan Kamal, polisin keçmiş baş müfəttişi Çoudhuri Abdulla Əl Məmun və bir neçə yüksək vəzifəli polis zabitidir.

Banqladeş Cinayət Məcəlləsinə görə, bu ölkədə adam öldürməyə görə ömürlük həbs və ya ölüm də daxil olmaqla ən ağır cəza verilir.

Xatırladaq ki, avqustun 5-də Şeyx Hasina istefa verib və ölkəni tərk edib.

Bənzər xəbərlər

Gündəm

0.074003934860229