Aug 12

"Taliban" Əfqanıstanda yeni bayram icad edib

"Taliban" hökuməti Əfqanıstanda yeni bayramın təsis edildiyini bəyan edib.

Mozalan.az mk.ru-ya istinadən xəbər verir ki, avqustun 14-ü prezident Əşrəf Qani hökumətinin devrilməsinin ildönümünü qeyd etmək üçün rəsmi bayram elan edilib.

Bildirilib ki, "Əfqan cihadının işğala qarşı qələbəsinin" üçüncü ildönümü qeyd ediləcək.

Xatırladaq ki, 2021-ci ildə ABŞ və müttəfiq qoşunları 20 illik mövcudluqdan sonra Kabili tərk edib. Şəhər "Taliban"ın nəzarətinə keçib.

Bənzər xəbərlər

Gündəm

0.45629906654358