Aug 11

Göyçayda avtomobil qaçıran şəxs saxlanılıb

Göyçay şəhər sakini ona məxsus minik avtomobilinin yaşadığı evin qarşısından qaçırılması barədə polisə məlumat verib.

Mozalan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Rəşad Abdullayev saxlanılıb. Qaçırdığı avtomobil isə rayon ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bənzər xəbərlər

Gündəm

0.018999099731445