Aug 10

Nikol Paşinyan Ermənistanın COP29-da iştirakına dair açıqlama verəcək

Hazırda məzuniyyətdə olan Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 12-də işinin başına qayıdacaq və artıq ilk iş həftəsində Nazirlər Kabinetində kadr dəyişikliklərinə başlayacaq.

Mozalan.az xəbər verir ki, bu barədə Ermənistanda dərc edilən "Joxovurd" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, N.Paşinyan işə çıxandan bir neçə gün sonra geniş mətbuat konfransı təşkil edəcək. Həmin konfransda ölkəsinin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirəcək.

Həmçinin gözlənilir ki, N. Paşinyan mətbuat konfransında Azərbaycanla sülh müqaviləsinin imzalanması, Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı konkret mesajlarla çıxış edəcək.

Xatırladaq ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. İrəvan hələlik tədbirdə iştirak edib-etməməcəyi barədə qərar verməyib.

Bənzər xəbərlər

Gündəm

0.6503701210022