Aug 09

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Braziliyanın Vinhedo bələdiyyəsində 68 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb.

Mozalan.az xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

"Voepass Linhas Aéreas" aviaşirkətinin məlumatına görə, bu, Kaskavel şəhərindən Quarulhosa uçan ATR-72 sərnişin təyyarəsidir.

Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.

Braziliya hava limanının rəhbərliyi təyyarənin qəzaya uğraması ilə bağlı məlumatı hələlik təsdiqləməyib.

Bənzər xəbərlər

Gündəm

0.02776312828064