Aug 04

Köhnə pulları doğramaq əvəzinə oğurladılar: Rusiya Mərkəzi Bankında QALMAQAL

Rusiyada tragikomik cinayət hadisəsinin üstü açılıb. Belə ki, Mərkəzi Bankın iki əməkdaşı utilizasiya məqsədilə şrederə (xırdalayan, doğrayan, qırıntılara çevirən maşın) göndərilməli olan 9.7 milyon rubl (təxminən 192 min manat) məbləğində köhnə beş min rublluq əsginasları oğurlayıblar.

Oğurluq daxili yoxlama zamanı aşkar edilib. Hüquq-mühafizə orqanları operativ şəkildə araşdırma aparıb və şübhəliləri saxlayıblar. Lakin xoşagəlməz sürprizlər bununla bitməyib.

Saxlanılan kişilərin evlərində aparılan axtarışlar zamanı daha 100 milyon rubldan (təxminən 1.2 milyon manat) çox məbləğdə köhnə əsginaslar aşkar edilib ki, bu da oğurluğun miqyasının daha böyük ola biləcəyindən xəbər verir.

Qeyd edilir ki, Mərkəzi Bank hər il köhnə və zədələnmiş pul nişanlarını dövriyyədən çıxarır və onları yeniləri ilə əvəz edir. Köhnə əsginaslar təkrar dövriyyəyə düşməməsi üçün məhv edilməlidir.

Oğurluq faktı ilə bağlı cinayət işi açılıb. Şübhəli mühəndislər 10 ilədək azadlıqdan məhrum edilə bilərlər. Mərkəzi Bank və hüquq-mühafizə orqanları baş verənlərin bütün təfərrüatını araşdırmaq və gələcəkdə buna bənzər hadisələrin qarşısını almaq üçün ətraflı istintaq aparırlar.

Bənzər xəbərlər

Gündəm

0.027765035629272