Aug 03

SEPAH Haniyənin ölümünün TƏFƏRRÜATINI açıqladı

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyə təxminən 7 kq ağırlığında döyüş başlığı olan qısamənzilli raketlə öldürülüb.

Mozalan.az-ın RBK-ya istinadla verdiyi məlumata görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yayımladığı bəyanatda deyilir.

"Araşdırma və təhlillərə əsasən, bu terror əməliyyatı qonaqların yaşadığı ərazidən kənarda, yaxın məsafədən atılan mərmi ilə həyata keçirilib", - deyə məlumatda vurğulanıb.

SEPAH-dan əlavə edilib ki, sui-qəsd ABŞ hökumətinin dəstəyi ilə İsrail tərəfindən planlaşdırılıb və həyata keçirilib.

"Şəhid Haniyənin qan qisasının alınacağı aydındır. Bu cinayətə görə qəti addımlar atılacaq. Münasib vaxtda, müvafiq yerdə və üsulla sərt cəza olacaq", - deyə bəyanatda xəbərdarlıq edilib.

Xatırladaq ki, İsmayıl Haniyə və bir cangüdəni İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına nəticəsində öldürülüb. İranın Ali Lideri ayətullah Əli Xamenei Haniyənin öldürülməsinə cavab olaraq hərbi qüvvələrə İsrailə birbaşa zərbə endirmək əmri verib. HƏMAS-ın Livandakı nümayəndəsi Mahmud Tah Haniyənin öldürülməsinə görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.

Bundan əvvəl "The New-York Times" öz mənbələrinə istinadla xəbər verib ki, SEPAH Haniyəyə Tehrandakı sui-qəsdlə əlaqədar ölkənin təhlükəsizlik xidmətinin işçiləri də daxil olmaqla həyata keçirib.

Bənzər xəbərlər

Gündəm

0.033782958984375