Jul 21

Rusiyanın “oğru” tacı kimə qismət olacaq - FOTOLAR

Rusiya kriminal dünyasında növbəti “ seçkiqabağı yarış” başlanır. Əsas oğru tacı kralsız qalıb. Cəmi bir il deyil ki, boş yeri sadəcə “ başçı” təyin olunan Oleq Şişkanov( Şişkan) yenidən həbs olunub. İndi Rusiya kriminaliteti  qarşısında sual durur, hər şey yerində qalsın, yoxsa yeni seçkilər təyin edilsin? 
 
Moderator.az Life jurnalına istinadən xəbər verir ki, yeni taca iddiaçılar aşağıdakılardır: 
 
Tariyel Oniani ( Taro) ən əsas namizədlərdən biri olsa da , o azadlığa çıxan kimi tutulub və ola bilsin ki, İspaniyaya ekstradisiya olsun.
 
 
Belə çıxır ki, Rusiya kriminal dünyası Zaxari Kalaşovu ( Şakro Molodoy) gözləyəsi olacaq. Şakro isə yalnız  2026-cı ildə azadlığa çıxa bilər.
 
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə vakant yerə daha 5 namizəd var.
Rusiyadakı gürcü klanı ən geniş imkanlara malikdir. Əsas namizəd Vaja Biqanişvilidir( Vaja Tbilisskiy). O Şakroya qarşı çox kəskin hərəkətlər etməklə məşhurdur. Gürcü klanının namizədlərindən biri Sokrat kimi tanınan Soso Qoriyskidir.
 
Klanın növbəti namizədi Ramaz Dzneladze( Ramaz Kutaisskiy) yenicə həbsdən çıxıb.O 18 il həbsdə yatıb.
 
 
Jurnalın məlumatına görə namizədlərin içərisində Azərbaycan tərəfdən axtarışda olan Nadir Səlifovdur( Lotu Quli). O güc strukturlarından gizlənsə də Rusiyada işini uğurla görür. Mənbələrin dediyinə görə onun Rusiyada olmaması “baş tac” uğrunda mübarizəyə qoşulmasına mane olmur. Jurnalın yazdığına görə “İnstaqram”ın birbaşa efirində o göstərişlərini verir və indiki halda ən nüfuzlu namizəd hesab olunur. Onun keçmişi də məcbur edir ki, ona adi “qanunui” kimi baxmasınlar.
 
Slavyan sektorunu hörmətli və nüfuzlu  Vasili Xristoforov ( Voskres) təmsil edir. Voskres daha çox Avropada, Cənubi Amerikada, Yaxın Şərqdə, Afrikadakı dəstələrə nəzarət edir. O indi azadlıqdadır və 1 №-li namizəd hesab olunur. Bəzi məlumatlara görə zamanında onun namizədliyini Ded Xasan verib.
 
Siyahıda çeçen Əhməd Dombayev ( Axmed Şalinskiy) də var və o oktyabrda azadlığa çıxacaq. Kalonda Əhməd özünü cəsur biri kimi aparıb və Tariyel Onianinin qaydalarına etiraz edib. Çeçen klanı Əhmədi “baş tac”a əsas namizəd hesab edir.
 
 
 
 

Bənzər xəbərlər

Gündəm

0.18529295921326