Ağır yanıq xəsarətləri alan Leylanın anası: "Ağrıdan nə yemək yeyir, nə yatır"
Altı yaşlı Leylanın dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Minirə Mikayılova məlumat verib.
O bildirib ki, övladı ötən il oktyabrın 30-da yaşadıqları evdə yanıb:
"Leylanın altı yaşı var. Onu çimizdirmək üçün vedrədə su isitmişdim. Leyla suyun isti olduğunu bilməyib, qaça-qaça gəlib və suya düşüb. Nəticədə bədəninin, demək olar ki, hər yeri yanıb. Hadisə baş verən gün Bakıdakı xəstəxanalardan birinə yollandıq. Orada müalicə alsaq da, imkanımız çatmadığı üçün müalicəni yarımçıq qoyub çıxmalı olduq. Evə gəldikdən sonra müalicələri sizin oxucularınızın dəstəyi ilə etdirdik. Amma hazırda əlimizdə olan bütün vəsait tükənib".
Minirə Mikayılova övladının müalicəsi üçün yenidən yardımsevər şəxslərə səslənib:
"Yenə bir neçə gündür Leylanın yaralarını təmizləməyə maz, bağlamağa bint tapmıram. İnanın, çox çarəsiz vəziyyətdəyik. Uşaq dayanmadan ağlayır, ağrılarına görə yemək də yeyə bilmir. Tam gücsüz düşüb. İsti havalar da bir tərəfdən onu lap incidir. Hazırda Leylanın müalicəsini davam etdirə bilmək üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 420-21-53.
Kart: 5243 7544 4045 5614.