34 il həbsdə qalan amerikalı təqsirsiz bilindi
34 il əvvəl qətlə görə həbs edilən amerikalı Kristofer Dannın təqsirli olmadığı məlum olub.
Mozalan.az RİA Novosti-yə istinadən xəbər verir ki, Missuri Ali Məhkəməsi Kristofer Dannın günahsız olduğu halda 34 illik həbsdən sonra azad edilməsi barədə qərar qəbul edib.
18 yaşlı Dann 1990-cı ildə yeniyetməni güllələyərək qətlə yetirməkdə təqsirli bilinib. Maddi sübutların olmamasına baxmayaraq, o, birinci dərəcəli qətlə görə şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına məhkum edilib. Üstəlik, hökm 12 və 14 yaşlı şahidlərin ifadəsinə əsaslanıb. Sonradan onlar öz sözlərindən geri çəkilib, prokuror və polis tərəfindən məcbur edildiyini bildiriblər.
Zərərçəkmişin saxta ittihamlarla həbsdə olduğu illər üçün mümkün kompensasiyanın ödənilməsi barədə məlumat verilmir.