Jul 30

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına yeni komandan təyin edilib

Edqar Hunanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının yeni komandiri təyin edilib.

Mozalan.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin təklifi əsasında ölkə prezidenti sərəncam imzalayıb.

Polkovnik Hunanyan bundan əvvəl Sərhəd Qoşunları komandanının birinci müavini və qərargah rəisi vəzifələrində çalışıb.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının əvvəlki komandanı Arman Maralçyan 2023-cü ildə vəzifəsindən azad edilib.

Bənzər xəbərlər

Gündəm

0.028999090194702