“Sən azərbaycanlı deyilsən, bizim torpaqda oturub çörəyimizi yeyirsən, hələ bir dilin də var danışmağa..”
“Cənclərin Respublika Bədii Yradıcılıq Evin”də baş verən qalmaqallar, çəkişmələr artıq əndazəni keçib. Rusdilli müəllimlərin təhqir olunması, qarşılıqlı məhkəmə iddiarı, Prezident Aparatına, Azərbaycandakı Rus diasporasına şikayətlər – bunların hamısının kökündə korrupsiya durur. Azerinfo.tv bu məsələnin mahiyyətini araşdırıb.
Şikayətşçi Əliyeva Könül İrşad qızı deyir ki, 2006-cı ildən “Uşaq Yaradıcılıq Mərkəzi”ndə musiqi müəlliməsi işləyir. Onun sözlərinə görə əvvəlki direktor daim maaşlarından əlavə rüşvət istəyirmiş,hətta yayda aldıqları məzuniyyət pulunu da bölüşməyi tələb edirmiş.
Onun barasində kollektiv Təhsil Nazirliyinə şikayət etdikdən sonra direktor işdən azad edilir.
Yeni direktor- Məhəmməd Novruzov təyin ediləndən sonra “Uşaq Yaradıcılıq Mərkəzi” ilə “Gənclər Evi” birləşdirilir. Müəsisənin adı olur “Gənclərin Bədii Respublika Yaradıcılıq Mərkəzi”.
Yeni direktor kollektivə deyir ki, bizim təhsil müəsisəsi dövlət büdcəsindən maliyyələşir və dərslər tamamilə pulsuzdur.
Həmçinin qeyd edir ki, bura yaradıcılıq mərkəzidir- kimya, fizika, riyaziyyat müəllimlərinə ehtiyac yoxdur.
Burada gərək daha çox musiqi, rəsm və diğər bədii yaradıcılıqü dərsləri keçirilsin.
Könül Əliyeva və şikayətçi qismində danışan diğər müəllimə, İzmaylova Nailə Azadovna deyir ki, bunları eşidəndə sevinirdik.Can-başla məktəblərdən qruplarımıza yani şagirdlər cəlb edir, fəxrlə “bizdə dərslər tamamən pulsuzdur” söyləyirdik.
Sonra məktəbə yeni direktor müavini təyin edilir- Əbilhəsənova Sevinc Məmmədhüseyn qızı.
Bundan sonra hər şey dəyişir.
O gələndən sonra müəllimlərə bildirir ki, üzdə dərslər ödənişsiz deyilsə də, pərdə arxası müəllimlər valideynlərdən pul almalı, direktora və müavinə haqq ödəməlidirlər.
Bəzi müəllimlər bu tələbi yerinə yetirir. Məsuliyyətdən qorxaraq valideynlərdən qanunsuz ödəniş tələb edən müəllimələr isə kollektivdaxili mənəvi-psixoloji təqibə, təzyiqlərə məruz qalır.
İclaslar zamanı təhqir edilən Könül Əliyevanın hətta hamilləliyi pozulur.
44 il pedağıji təcrübəsi olan Nailə İzmaylova deyir ki, direktor müavini onu otağına çağıraraq hər ay 150 manat pul ödəməli olduğumu çatdırıb. Yəni 3 qrupun var. Hərəsinə ayda 50 manat haq verəcəksən:
“Mən isə cavabında etiraz etdim ki, axı siz özünüz demişdiniz ki, dərslər pulsuzdur. Mən də uşaqlara elə demişəm. Bu səbəbdən valideynləri onları bura gətirib.”
Müavin isə “ala bilmirsəncə, cibindən ver, bu sənin problemindir” deyir.
Nailıə xanım Əbilhəsənovaya təklif edir ki, valideyn iclası keçirilsin və meavin özü valideynlərə dərslərin ödənişli olduğunu söyləsin. Müavin isə bu məsuliyyəti müəllimənin üstünə qoyur ki, bu onun işidir,yəni pul yığımı.
Bu hadisə 2017-ci ili noyabrında olub. Həmin vaxt 70 müəllimin iştirakı ilə iclas keçirilib. İclasda Əbilhəsonova rusdilli müəlliməni təhqir edir :
“Sən azərbaycanlı deyilsən, bizim torpaqda oturub çörəyimizi yeyirsən, hələ bir dilin də var danışmağa..”
Nailə xanım deyir ki, Azərbaycanı özünə vətən sayır, nə vaxtsa belə aşağılanacağını gözləmirmiş.
Baş verənlərlə bağlı sarsılıb Rus səfirliyinə müraciət edir. Bununla bağlı araşdırma aparılır.
Bildirilir ki, bu hadisə bir də təkrarlanmaz.
Ancaq 2018-ci ildə Əbilhəsənova yenidən onua təzyiq göstərir.
Hətta onun otağında pianino çıxarılır ki, bu dərs pul gətirmirsə nəyə lazımdır.
Qeyd edək ki, Könül Əliyeva Nailə İzmaylova və Sevinc Əbilhəsənova qarşılıqlı iddia ilə biri-birilərini məhkəməyə veriblər.
11.07.2019 tarixdə məhkəmə yekunlaşıb. Nəsimi Rayon Məhkəməsi heç bir tərəfin iddiasını təmin etməyib.
Ardı var.