Jul 17

Çində ticarət mərkəzində yanğın: Ölənlər var

Çinin Sıçuan əyalətinin Sıqun şəhərindəki yerləşən ticarət mərkəzlərinin birində baş verən yanğında altı nəfər ölüb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Çinin Sıçuan əyalətinin Sıqun şəhərindəki ticarət mərkəzində yanğın baş verib.

Mozalan.az TASS-a istinadən xəbər verir ki, alovlar binanın dörd mərtəbəsini bürüyüb.

Məlumata görə, yanğının söndürülməsinə 20 yanğınsöndürən maşın və 92 xilasedici cəlb olunub. Hazırda 14 mərtəbəli binanın birinci, dördüncü, beşinci və altıncı mərtəbələri yanır.

Bildirilib ki, yanğınsöndürənlər 17 nəfəri xilas ediblər. Ticarət mərkəzində qalanların sayı məlum deyil.

Bənzər xəbərlər

Gündəm

0.023074150085449