Ondan milyonların hesabı sorulacaq... - Vüsal Kərimli epoxası sona çatır...
Bakı Nəqliyyat Agentliyinin rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a mötəbər mənbədən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Vüsal Kərimli BNA rəhbərliyindən uzaqlaşdırılmaqla yanaşı, barəsində hüquqi addımlar da atılacaq.
Mənbənin dia.az-a söylədikləri:
"Vüsal Kərimli bir yarıtmaz kadr olaraq ancaq büdcə vəsaitinin talanması ilə diqqətə gəldi. Halbuki ona stavka edilərkən böyük ümidlər bəslənmişdi. Bu gün isə BNA sədrinin adı milyonlarla manat büdcə vəsaitinin mənimsənilməsində hallandırılır".
Məlumatı verən qaynaq onu da əlavə edib ki, ümumiyyətlə, yaxın günlərdə BNA-da maliyyə təftişi də planlaşdırılır.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...