Jul 14

Cozep Borrel Donald Trampa qarşı sui-qəsd cəhdini pisləyib

"Prezident Trampa qarşı hücum xəbərindən şoka düşdüm və bunu qəti şəkildə pisləyirəm".

Mozalan.az bildirir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel "X" səhifəsində qeyd edib.

"Biz bir daha siyasi nümayəndələrə qarşı qəbuledilməz zorakılıqların şahidi oluruq", - Borrel yazıb.

07:29

BMT-nin baş katibi Antonio Quterreş Donald Trampa qarşı sui-qəsd cəhdini pisləyib.

Mozalan.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı baş verən sui-qəsd cəhdini pisləyib və siyasətçiyə tezliklə sağalmasını arzulayıb.

"Baş katib birmənalı olaraq bu siyasi zorakılıq aktını pisləyir, Donald Trampa tezliklə sağalmasını arzulayır", - BMT-nin jurnalistlər üçün yayılan məlumatında deyilir.

04:16

ABŞ Prezidenti Co Bayden seçkidəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib.

Mozalan.az xəbər verir ki, bu barədə ABŞ liderinin "X" hesabında qeyd edilib.

"Pensilvaniyada Donald Trampın mitinqindəki atəş açılması ilə bağlı mənə məlumat verilib. Onun vəziyyətinin yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən ona, ailəsinə və mitinqdə olan hər kəs üçün dua edirəm, əlavə məlumat gözləyirik".

Bənzər xəbərlər

Gündəm

0.033674955368042