Jul 14

Trampa atəş açmaqda ittiham edilən şəxsin və sui-qəsdin törədildiyi yerin GÖRÜNTÜLƏRİ

Sosial şəbəkələrdə Donald Trampa atəş açıldığı yerin görüntüləri yayılıb.

Mozalan.az ren.tv-nin "Telegram" kanalına istinadən xəbər verir ki, o, anqarın damında, mitinq keçirilən ərazidən 130 metr məsafədən sui-qəsdə cəhd edib.

Həmin şəxsin meyitinin də məhz həmin damda tapıldığı iddia edilir.

05:14

Donald Trampa qarşı sui-qəsd cəhdini törətməktə ittiham edilən şəxsin kimliyi məlum olub.

Mozalan.az Aif.ru-ya istinadla xəbər verir ki, iddialarda sözügedən hadisəni aktivist Mark Violetin törətdiyi bildirilib.

Mark Violeti əsas şübhəli edən məqam onun baş verən hücumdan öncə şəxsi "YouTube" səhifəsində "ədalət yaxınlaşır" adlı video paylaşmağı olub.

Məlumat üçün bildirək ki, Pensilvaniya polisi Trampa qarşı sui-qəsd törədən şəxsin öldüyünü təsdiqləyib.

Qeyd edək ki, ABŞ-nin Pensilvaniya ştatında mitinq zamanı prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd olub.

Hadisə zamanı qulağından yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.

Bənzər xəbərlər

Gündəm

0.033430099487305