Jun 30

“Xətai prokurorunun adından sui-istifadə edərək 8000 manatımı mənimsəyiblər”-VİDEOMÜRACİƏT

Dələduzluq - etibardan sui-istifadə edərək və ya aldatma yolu ilə digər şəxsin əmlakını (pulunu, daşınmaz əmlakını və sair) əldə etməkdir. Dələduzluq niyyətləri daha çox işə düzəltmək, asan yollarla gəlir əldə etmək, biznes fəaliyyəti, əmlakın satılması və bir sıra digər adlar altında pərdələnir.
Dələduzluq yolu ilə ələ keçirilən məbləğ 100 manata qədərdirsə, dələduz inzibati məsuliyyətə cəlb ediləcək və bu əmələ görə barədində ən ağır cəza kimi 2 ayadək inzibati həbs tətbiq edilə bilər.
Əgər məbləğ 100 manatdan 3.000 manata qədərdirsə, dələduz cinayət məsuliyyətinə cəlb ediləcək və ona təyin edilə biləcək ən ağır cəza - 2 ilədək azadlıqdan məhrum etmə ola bilər.
Əgər məbləğ 3.000-10.000 manat civarındadırsa - dələduz 7 ilədək azadlıqdan məhrum edilə bilər.
Əgər məbləğ 10.000 manatdan yuxarıdırsa - dələduz 12 ilədək azadlıqdan məhrum edilə bilər.
Yalnız 3.000 manatadək olan dələduzluq əməlinə görə tərəflərin barışması nəticəsində və vurulmuş ziyan ödənildiyi halda dələduzluq etmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Bak şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 6,mənzilı 8-də yaşayan Məmmədov Rafail Ədail oğlu Azerinfo.tv-nin əməkdaşına bildirib ki, dələduzların qurbanı olub, külli-miqdarda pulu mənimsənilib. Lakin cinayət işi ört-basdır edilir.
Özü də bu işdə Xətai Rayon Prokuroru Yusif İldırımzadənin adından sui-istifadsə edilib.
Şikayətçi deyir ki, qardaşı Niyaməddin Məmmədov barəsində olan cinayət işi ilə bağlı Şamil adlı şəxsin kömək edəcəyinə inanıb. Həmin şəxs deyib ki, Xətai rayon prokuroru Yusif İldirımzadənin oğludur. Guya qardaşı Niyaməddini azad etdirəcək. Xətai Prokurorluğunun qarşısında ondan 7900 manat məbləğində pul alıb.
Təbii ki, vədinə əməl edə bilməyib.Pulun 2 min manatını qaytarıb. Qalan 5900 manatı isə qaytarmaqdan imtina edib.
Məlumata görə Baxşəliyev Şamil Kamil oğlu başqa şəxsləri də anoloji üsulla aldadıb. Onun barəsində polis şöbəsində şikayətlər var.
Göründüyü kimi Baxşəliyev Şamil Kamil oğlu Rafail Məmmədovun etibarından sui-istifadə etməklə pulunu ələ keçirib.
Lakin Bakı Şəhəri Xətai RPİ-nin İstintaq çöbəsinin müstəntiqi , polis kapitanı Həbibzadə İsa İslam oğlu 10 aprel, 2019-cu il tarixdə “Cinayət İşinin başlanmasının rədd edilmasi barədə” qərar çıxarıb.Rafail Məmmədovun şikayəti əsasında toplanmış materiallar üzrə cinayət işini başlamasını rədd edib.
Guya bu iş mülki məhkəmə icraatı qaydasında həll edilməlidir. 
Rafail Məmmədov deyir ki, müstəntiq AR CPM-nin 85.2.1 maddəsinin tələblərini kobud surətdə pozaraq törədilmiş cinayət baradə ərizənin və cinayət işini başlamaq üçün kifayət qədər səbəblər olmasına baxmayaraq toplanmış marerial üzrə cinayət işi başlamaqdan imtina edib.

Rafail Məmmədov bununla bağlı prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova müaciət edərək pozulmuş hüquqlarının bərpası və işə yenidən baxılmasının təmin edilməsi üçün müraciət edib.
Mövzunu diqqətdə saxlayacağıq. Qarışı tərəf mövqeyini bildirə bilər.

 

Bənzər xəbərlər

Gündəm

0.031630992889404